SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Prezident Ümumi təhsil haqqında Qanuna dəyişiklikləri təsdiqlədi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Prezident Ümumi təhsil haqqında Qanuna dəyişiklikləri təsdiqlədi

Xeberhub.com President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanunu imzalayıb.

Qanuna edilən dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Yeni tələblərə görə, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər müəyyən ediləcək geyim qaydalarına riayət etməlidirlər.

Bununla yanaşı, Prezident İlham Əliyev 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanunun tətbiqinin təmin olunması məqsədilə müvafiq fərman da imzalayıb.

Fərmanda qeyd olunub ki, qanunda göstərilən "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan" dedikdə Nazirlər Kabineti nəzərdə tutulur. Beləliklə, dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyim qaydalarının müəyyən edilməsi səlahiyyəti Nazirlər Kabinetinə həvalə edilib.

A

Oxşar Xəbərlər