Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Rauf Arif oğlu Abbasovun (Rauf Arifoğlu) 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Rauf Arifoğlu media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ali dövlət təltifinə layiq görülüb.
Qeyd edək ki, "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun iyulun 23-də 60 yaşı tamam olur.