SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Günəşdə son iki həftənin ən güclü alışması qeydə alındı

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
Günəşdə son iki həftənin ən güclü alışması qeydə alındı

Xeberhub.com TASS agentliyinə istinadən xəbər verir ki, bu gün səhər Günəşdə son iki həftənin ən güclü alışması qeydə alınıb.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuSibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası bildirib ki, iyulun 7-dən bəri müşahidə olunan ən güclü alışma Moskva vaxtı ilə saat 09:35-də (Bakı vaxtı ilə 10:35-də) baş verib.

Məlumata görə, son 24 saat ərzində Günəşin aktivliyinin artması nəticəsində bu hadisə ilə yanaşı, Günəş səthində 20-yə yaxın oxşar alışma da qeydə alınıb.

Mütəxəssislər qeyd ediblər ki, alışmalar Yerə təsir göstərə biləcək geoeffektiv zonalarda baş versə də, hazırkı mərhələdə Yer planeti üçün birbaşa təhlükə yaratmır.

A

Oxşar Xəbərlər