SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

İnfantino: Dünya çempionatı bütün gözləntiləri üstələdi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
İnfantino: Dünya çempionatı bütün gözləntiləri üstələdi

Xeberhub.com xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının gözləntiləri üstələdiyini və turnirin dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirdiyini bildirib.

İnfantino bu fikirləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Nyu-Yorkun Manhetten bölgəsində yerləşən "Trump Tower" binasında keçirilən tədbirdə səsləndirib.

FIFA prezidenti qeyd edib ki, mundialın yüksək səviyyədə təşkili ilə bağlı verdiyi vəd özünü doğruldub.

"Sizə möhtəşəm dünya çempionatı keçirəcəyimizə söz vermişdim. Şübhəsiz ki, turnir bütün gözləntiləri üstələdi. Amerika arzusu reallığa çevrildi, biz dünyanı Amerikada birləşdirdik", – deyə Canni İnfantino bildirib.

O, çıxışı zamanı Donald Trampın turnirin təşkilində oynadığı rolu da vurğulayıb.

"Cənab prezident, sizin tərifə ehtiyacınız yoxdur, amma bu dünya çempionatı sizsiz bu qədər uğurlu olmazdı. Bu, tarixdə sadəcə ən böyük dünya çempionatı deyil, sosial və mədəni baxımdan bəşəriyyət tarixində ən böyük hadisədir", – deyə FIFA prezidenti əlavə edib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu il ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Turnirin tarixində ilk dəfə olaraq 48 milli komanda yarışda iştirak edib.

Çempionatın final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək. Həlledici qarşılaşmada Argentinaİspaniya yığmaları dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.

A

Oxşar Xəbərlər