SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Azərbaycanda temperatur 40 dərəcəyə çatacaq

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Azərbaycanda temperatur 40 dərəcəyə çatacaq

Xeberhub.com xəbər verir ki, Azərbaycanda sabah bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyinin bəzi vaxtlarda güclənəcəyi gözlənilir.

Paytaxt və yarımadada gecə temperaturu 21-26 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754-757 mm civə sütunu arasında dəyişəcək. Nisbi rütubətin gecə 70-80 faiz, gündüz isə 50-60 faiz olacağı bildirilir.

Ölkənin rayonlarında da havanın əsasən açıq keçəcəyi gözlənilir. Bununla yanaşı, günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan yağışları, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər.

Bölgələrdə havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq. Bəzi yerlərdə temperaturun 40 dərəcəyə çatacağı, dağlıq ərazilərdə isə gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Oxşar Xəbərlər