SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Dünya

Tailandda məktəbə silahlı hücum: ölənlərin sayı 9-a çatdı

👤 📅 👁 13 baxış ⏱ 2 dəq oxuma
Tailandda məktəbə silahlı hücum: ölənlərin sayı 9-a çatdı

Tailandda məktəbdə atışma: ölənlərin sayı 9-a yüksəldi

Tailandın paytaxtı Banqkokun şimalında yerləşən Nonthaburi əyalətində orta məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Tailandın "Thairath" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hadisənin sonuncu qurbanı xəstəxanada ağır xəsarətlərdən dünyasını dəyişən 12 yaşlı şagird olub.

İlkin məlumatlarda atışma nəticəsində 7 nəfərin öldüyü bildirilmişdi. Hakimiyyət orqanlarının açıqlamasına görə, ölənlər arasında üç müəllim, üç şagird və hücumu törədən məktəbli də olub.

Hadisə nəticəsində daha 15 nəfərin yaralandığı bildirilir.

Polis hücumu həyata keçirən yeniyetməni sinif otaqlarından birində ölü vəziyyətdə aşkarlayıb. İlkin ehtimala görə, o, intihar edib.

Hazırda hadisənin səbəbləri və hücumun hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər