Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması davam edir və xəstəliklə bağlı statistika ağırlaşmaqda davam edir.
Xeberhub.com xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata əsasən, ölkədə Ebola virusuna yoluxması təsdiqlənən şəxslərin sayı 2 011-ə çatıb. Onlardan 754 nəfəri həyatını itirib.
Məlumata görə, virus artıq Konqo Demokratik Respublikasının şərq hissəsində yerləşən beş regionda yayılıb və epidemioloji vəziyyət narahatlıq doğurur.
Xatırladaq ki, KDR və qonşu Uqandada Ebola epidemiyası may ayında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə iyunun 15-də yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edib.
Bundan əlavə, ÜST nümayəndələrindən biri bildirib ki, Konqoda Ebola virusuna yoluxanların və xəstəlik səbəbindən həyatını itirənlərin real sayının rəsmi statistikadan dəfələrlə yüksək olduğu ehtimal edilir.