SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

İlham Əliyev Pezeşkiana təşəkkür etdi: “Azərbaycan İran xalqının yanında olub”

👤 📅 👁 12 baxış ⏱ 2 dəq oxuma
İlham Əliyev Pezeşkiana təşəkkür etdi: “Azərbaycan İran xalqının yanında olub”

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi

Xeberhub.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Azərbaycanla bağlı səsləndirdiyi xoş fikirlərə görə təşəkkür edib.

Dövlət başçısı bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

İlham Əliyev paylaşımında Azərbaycan və İran xalqlarının çətin və ağır günlərdə hər zaman bir-birinə dəstək olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, bölgədə baş verən son hadisələr zamanı Azərbaycanın qardaş İran xalqının yanında olması bir daha öz təsdiqini tapıb.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian daha əvvəl müharibə dövründə Azərbaycanın Tehrana müxtəlif istiqamətlərdə mühüm dəstək göstərdiyini bildirib.

Pezeşkianın sözlərinə görə, Azərbaycanla aparılan danışıqlardan sonra bank, səfirlik və marşrutlarla bağlı yaranmış məsələlər qısa müddətdə həllini tapıb. O, həmçinin Azərbaycanın müharibə zamanı İranın ehtiyac duyduğu məsələlərdə, o cümlədən müxtəlif tədarüklər istiqamətində yardım göstərdiyini qeyd edib.

A

Oxşar Xəbərlər