İranda məscid imamı silahlı hücum nəticəsində öldürülüb
Xeberhub.com xəbər verir ki, “Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, İranın Mircavə şəhərində din xadimi Məhəmməd Ənvər Rigi silahlı hücum nəticəsində həyatını itirib.
Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir. Naməlum silahlı şəxslərin hücumu zamanı din xadimi aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.
Məhəmməd Ənvər Riginin Mircavə şəhərində fəaliyyət göstərən məscidlərdən birinin imamı olduğu qeyd olunur.
Hazırda hücumu həyata keçirən şəxslərin kimliyi və hadisənin hansı səbəbdən törədildiyi barədə rəsmi məlumat açıqlanmayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.