SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Engelsdə PUA hücumu: Hərbi aviabazada yanğın olduğu bildirilir

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Engelsdə PUA hücumu: Hərbi aviabazada yanğın olduğu bildirilir

Rusiyanın Saratov vilayətində PUA hücumu: Hərbi aviabazada yanğın baş verdiyi bildirilir

Rusiyanın Saratov vilayətinin Engels şəhərinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirilir. Hücum nəticəsində hərbi aviabazaya zərbələr endirildiyi və ərazidə partlayış səslərinin eşidildiyi qeyd olunur.

XeberHub.com xəbər verir ki, bu barədə Oxu.Az "ASTRA" Telegram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, Engels sakinləri gecə saatlarında çoxsaylı PUA-ların uçuşunu və güclü partlayış səslərini müşahidə ediblər. Sosial şəbəkələrdə dronların uçuşu və partlayış anlarını əks etdirən görüntülər yayılıb.

Bildirilib ki, səhərə yaxın OSINT mənbələri hücumdan sonra "Engels-2" hərbi hava limanı yaxınlığında tüstü sütununun qalxdığını və yanğının qeydə alındığını açıqlayıb.

"ASTRA" nəşri apardığı OSINT təhlillərinə əsasən, PUA hücumu nəticəsində "Engels" hərbi aviabazasında alovlanmanın baş verdiyini iddia edib.

Həmçinin məlumatda qeyd olunur ki, PUA-lardan biri Engels şəhərində çoxmərtəbəli binaya düşüb. İlkin ehtimallara görə, hadisə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində baş verə bilər.

Hücumdan sonra şəhərin bəzi ərazilərində partlayış səsləri ilə yanaşı, elektrik enerjisində fasilələrin olduğu da bildirilib.

Saratov vilayətinin Səhiyyə Nazirliyinin məlumatına əsasən, PUA hücumları nəticəsində üç nəfər yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın