Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, FIFA 2030-cu il futbol üzrə dünya çempionatının keçirilməsi formatı ilə bağlı qərarını açıqlayıb.
Qərara əsasən, dünya çempionatı tarixində ilk dəfə turnir altı ölkənin ev sahibliyi ilə təşkil olunacaq. Mundialın əsas oyunları Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək.
Futbol üzrə dünya çempionatının 100 illik yubileyi münasibətilə açılış oyunları isə Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.
2030-cu il dünya çempionatına 8 iyun tarixində start veriləcək və turnir 44 gün davam edəcək. Mundialın final oyununun 21 iyul tarixində keçirilməsi planlaşdırılır.
Yeni formatın ən diqqətçəkən yeniliklərindən biri iştirakçı komandaların sayının 64-ə çatdırılmasıdır.
Bundan əlavə, mundiala ev sahibliyi edəcək altı ölkənin milli komandaları turnirin final mərhələsinə birbaşa vəsiqə əldə edəcəklər.