SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Mbappedən Zidanın təyinatına ilk reaksiya

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Mbappedən Zidanın təyinatına ilk reaksiya

Fransa millisinin kapitanı Kilian Mbappe yığmanın yeni baş məşqçisi Zinəddin Zidanın təyinatına sosial şəbəkə vasitəsilə münasibət bildirib.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, futbolçu "Instagram" hesabında paylaşım edərək Zidanı qısa, lakin diqqətçəkən sözlərlə qarşılayıb.

"Evə xoş gəldin", – deyə Mbappe paylaşımında qeyd edib.

Xatırladaq ki, Zinəddin Zidan iyulun 28-də Fransa millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərlik edəcəyi məşqçilər korpusunda sabiq qapıçı Fabyen Bartez və keçmiş futbolçu Bernar Diomed də yer alacaq.

Zidan futbolçu karyerası ərzində Fransa millisinin heyətində 108 oyuna çıxıb. O, 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub. 2006-cı il dünya çempionatında isə Fransa yığması ilə gümüş medal qazanıb.

Məşqçilik fəaliyyətində də uğurları ilə seçilən Zinəddin Zidan Madrid "Real"ına rəhbərlik etdiyi dövrdə komandanı ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi edib.

A

Oxşar Xəbərlər