ABŞ-nin Sietl şəhərində yerləşən "Seattle Center" mədəniyyət və əyləncə kompleksində baş verən silahlı insident nəticəsində ölən və yaralananlar olub.
XeberHub.com xəbər verir ki, NBC News-un yaydığı məlumata görə, hadisə zamanı ən azı iki nəfər həyatını itirib, beş nəfər isə güllə yarası alıb.
Məlumata əsasən, yaralanan şəxslərin hamısı bədənlərinin müxtəlif nahiyələrindən güllə xəsarətləri alıblar. Onlardan dördü xəstəxanaya yerləşdirilib, yüngül xəsarət alan 40 yaşlı qadın isə tibbi yardımdan imtina edib.
Bildirilib ki, atışma baş verən vaxt "Seattle Center" ərazisində genişmiqyaslı qastronomiya festivalı keçirilirdi və hadisə zamanı ərazidə çoxlu sayda insan olub.
Hadisənin səbəbləri və silahlı insidentin iştirakçıları ilə bağlı araşdırma aparılır.
Şərhlər (0)
Şərh yazın