Amerikalı milyarder İlon Mask sərvətinin azalmasından sonra özünü zarafatla "keçmiş trilyonçu" adlandırıb.
XeberHub.com xəbər verir ki, "Bloomberg"in yaydığı məlumat və İlon Maskın "X" sosial şəbəkəsindəki paylaşımına görə, iş adamının sərvəti hazırda 719 milyard dollar səviyyəsində qiymətləndirilir.
Mask sosial şəbəkədə etdiyi paylaşımda sərvətinin azalmasına istehzalı münasibət göstərərək özünü "keçmiş trilyonçu" adlandırıb.
Xatırladaq ki, milyarder iyunun 12-də "SpaceX" şirkətinin səhmlərinin dəyərinin artması nəticəsində sərvəti 1 trilyon dolları keçən ilk şəxs olmuşdu. Lakin iyunun 24-də bu göstərici 957 milyard dollara enmişdi.
Beləliklə, İlon Mask təxminən iki həftə ərzində trilyonçu statusunu qoruduqdan sonra sərvətində ciddi azalma qeydə alınıb.