Kürdəmir rayonunda açıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, yanğın rayonun Atakişili kəndi ərazisində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti bildirib ki, Nazirliyin "112" qaynar telefon xəttinə açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumata əsasən, hadisədən dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Nazirlikdən bildirilib ki, yanğın məişət və köhnə təkər tullantılarının toplandığı açıq sahədə baş verib. Hazırda alovun tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Yanğının başvermə səbəbi və mümkün ziyanın həcmi ilə bağlı araşdırma aparılır.