SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Dərman vasitələrinin alınması üçün 4,3 milyon manatdan çox vəsait ayrılır

👤 📅 👁 8 baxış ⏱ 1 dəq oxuma
Dərman vasitələrinin alınması üçün 4,3 milyon manatdan çox vəsait ayrılır

"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması məqsədilə açıq tender elan edib.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan dəyəri 4 milyon 376 min manat təşkil edir.

Tender sənədlərinə əsasən, satınalma çərçivəsində tibb müəssisələrinin ehtiyaclarının qarşılanması üçün müxtəlif təyinatlı dərman preparatlarının alınması planlaşdırılır.

Siyahıya kalsium xlorid, kalsium qlükonat, kalium xlorid, yod məhlulu, inyeksiya üçün su, eləcə də digər dərman vasitələri daxildir.

Satınalmanın məqsədi səhiyyə müəssisələrinin zəruri dərman preparatları ilə təminatının gücləndirilməsi və profilaktik-müalicə tədbirlərinin davamlılığının təmin edilməsidir.

A

Oxşar Xəbərlər