SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ İran limanlarına qarşı blokadanı bərpa edir

👤 📅 👁 10 baxış ⏱ 1 dəq oxuma
ABŞ İran limanlarına qarşı blokadanı bərpa edir

Xeberhub.com xəbər verir ki, ABŞ-nin İran dəniz limanlarına tətbiq etdiyi blokadanın iyulun 14-dən etibarən yenidən qüvvəyə minəcəyi açıqlanıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirib ki, Ali Baş Komandanın göstərişinə əsasən, ABŞ qüvvələri iyulun 14-də Şərq sahili vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına giriş-çıxış edən dəniz nəqliyyatına məhdudiyyət tətbiq edəcək.

Açıqlamada qeyd olunub ki, ABŞ ordusu İranın sahil istiqamətinə hərəkət edən gəmilərin qarşısını alacaq. CENTCOM əvvəlki blokada dövründə, aprelin 13-dən iyunun 18-dək 140-dan çox gəminin istiqamətinin dəyişdirildiyini, daha 9 gəminin isə hərəkətsiz vəziyyətə gətirildiyini bildirib.

Oxşar Xəbərlər