SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH ABŞ-nin İordaniya və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
SEPAH ABŞ-nin İordaniya və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb

Xeberhub.com xəbər verir ki, IRIB dövlət televiziyasının SEPAH-ın bəyanatına istinadən yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-nin "Muvaffaq Salti" aviabazasındakı hədəflərə zərbələr endirib.

Bəyanatda bildirilir ki, hücum nəticəsində hərbi təyyarələrin saxlanıldığı bir neçə anqar məhv edilib.

Bundan başqa, Press TV-nin məlumatına görə, SEPAH daha əvvəl İordaniyanın cənubundakı Əqəbə şəhərində yerləşən aerodroma zərbə endirdiyini, nəticədə ABŞ-yə məxsus "P-8A" kəşfiyyat təyyarəsi və "C-17" ağır hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyini iddia edib.

SEPAH, həmçinin Küveytdə ABŞ qüvvələrinin istifadə etdiyi "Əli Əs-Salim" aviabazasına raket və pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyini açıqlayıb. Qurumun iddiasına görə, zərbələr zamanı radiolokasiya sistemi, aviasiya avadanlıqlarının saxlanıldığı anbar və "MQ-9" pilotsuz uçuş aparatlarının yerləşdirildiyi anqar hədəfə alınıb. Bildirilir ki, hücum nəticəsində bir neçə dron yanaraq sıradan çıxıb.

Daha əvvəl Mehr agentliyi də SEPAH-a istinadən yaydığı məlumatda korpusun İranın Kirmanşah əyalətinin İslamabad-Qərb şəhəri üzərində ABŞ-yə məxsus "MQ-9" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurduğunu, həmçinin İordaniyadakı hərbi bazada "P-8A" kəşfiyyat təyyarəsi və bir helikopteri məhv etdiyini bildirmişdi.


A

Oxşar Xəbərlər