SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Tramp: İranın təkliflərini dinləməyə hazıram, amma nüvə silahına icazə olmayacaq

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Tramp: İranın təkliflərini dinləməyə hazıram, amma nüvə silahına icazə olmayacaq

ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqlar fonunda rəsmi Tehranın təqdim edəcəyi mümkün təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.

XeberHub.com xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbul mərasimində çıxışı zamanı danışıb.

Donald Tramp qeyd edib ki, Vaşinqton və Tehran arasında hazırda danışıqlar davam edir. Onun sözlərinə görə, İran tərəfi sülh razılaşmasının imzalanmasına maraq göstərsə də, hələlik bunun üçün tam hazır görünmür.

ABŞ Prezidenti vurğulayıb ki, mövcud vəziyyətə baxmayaraq, İranın irəli sürəcəyi təklifləri dinləməyə açıqdır. Bununla yanaşı, o, Tehranın nüvə silahına sahib olmasının qəbuledilməz olduğunu və buna heç bir halda imkan verilməyəcəyini bildirib.

Xatırladaq ki, İran rəsmiləri isə müxtəlif beynəlxalq platformalarda dəfələrlə ölkələrinin nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan ediblər.

A

Oxşar Xəbərlər