SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlham Əliyev Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul etdi

👤 📅 👁 4 baxış ⏱ 3 dəq oxuma
İlham Əliyev Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul etdi

rezident İlham Əliyev Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib

XeberHub.com Sonxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

Görüş zamanı dövlət başçısı Məhəmməd Mustafanın Azərbaycana səfərinin iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha vurğulayıb.

Məhəmməd Mustafa Fələstin Prezidenti Mahmud Abbasın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkür edərək, öz salamlarını da Mahmud Abbasa çatdırmağı xahiş edib və onun Azərbaycana səfərlərini məmnunluqla xatırladığını bildirib.

Fələstinin Baş naziri ölkəsində mövcud olan çətin humanitar vəziyyətdən danışaraq, Azərbaycanın göstərdiyi siyasi və humanitar dəstəyə görə təşəkkürünü ifadə edib. O, xüsusilə Azərbaycanın Fələstində orta məktəb tikintisi təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin Azərbaycandakı səfirliyinin xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanması iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanın Fələstinə göstərdiyi maliyyə və humanitar yardımlar da xatırlanıb. Qeyd olunub ki, ölkəmiz 2013-cü ildə keçirilən beynəlxalq konfransların nəticəsi olaraq Fələstinə 5 milyon ABŞ dolları maliyyə yardımı ayırıb, həmçinin BMT-nin UNRWA agentliyi vasitəsilə dəstəyini davam etdirib.

Bildirilib ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" çərçivəsində 23, ümumilikdə isə 37 fələstinli tələbə Azərbaycanda təhsil alır.

Görüşdə, həmçinin Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

A

Oxşar Xəbərlər