Rusiyanın Kiyevə zərbələri nəticəsində ölən və yaralananlar var
XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, iyulun 16-na keçən gecə Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
UNIAN agentliyinin Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən yaydığı məlumata görə, hücumlardan ən çox Darnitsa rayonu zərər görüb.
Bildirilib ki, rayon ərazisində inzibati anbar binasında, digər bir obyektdə və yük avtomobillərində yanğın baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə nəzarət altına ala biliblər.
Məlumata əsasən, ölən iki nəfər Darnitsa rayonunda qeydə alınıb.
Bundan başqa, Svyatoşin rayonunda birmərtəbəli anbar binasına mərmi düşməsi nəticəsində yanğın baş verib. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Hazırda yanğının lokallaşdırıldığı bildirilib.