SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

MİDA-nın 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat kredit ayrılıb

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
MİDA-nın 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat kredit ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu MİDA-nın 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat güzəştli kredit ayırıb.

Xeberhub.com xəbər verir ki, Report-un yaydığı məlumata əsasən, bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi 5 442 mənzilin satışı üçün ümumilikdə 275,8 milyon manat həcmində güzəştli ipoteka krediti ayrılıb.

Rasim Abdullayev qeyd edib ki, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılır.

O bildirib ki, ayrılan vəsaitin bir hissəsi Nazirlər Kabinetinin təsdiq etdiyi bölgü əsasında istifadə olunur.

Fond rəsmisinin sözlərinə görə, MİDA satışa çıxaracağı mənzillər barədə təxminən bir ay əvvəl elan verir və bundan sonra satış prosesi həyata keçirilir.

Rasim Abdullayev əlavə edib ki, ötən il MİDA mənzillərinin alınması üçün 379, ondan əvvəlki ildə isə 470 güzəştli ipoteka krediti verilib. Onun sözlərinə görə, bu göstəricilər MİDA-nın həmin illərdə satışa çıxardığı mənzillərin sayından asılı olaraq dəyişir.

A

Oxşar Xəbərlər