Bakıda keçiriləcək U17 dünya çempionatında 663 güləşçi mübarizə aparacaq
XeberHub.com xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb. Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 663 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edəcək. Ümumilikdə isə 1 100-dən çox qonağın dünya çempionatı ilə əlaqədar Azərbaycana gələcəyi gözlənilir.
Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq. Bir həftə davam edəcək yarışda sərbəst, yunan-Roma və qadın güləşi üzrə gələcəyin ulduzları dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.
Şərhlər (0)
Şərh yazın