SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ-nin İrana endirdiyi zərbələrdə ölənlərin sayı açıqlandı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
ABŞ-nin İrana endirdiyi zərbələrdə ölənlərin sayı açıqlandı

ABŞ ordusunun İran ərazisinə endirdiyi son zərbələr nəticəsində ölənlərin sayı ilə bağlı yeni məlumat açıqlanıb.

Xeberhub.com xəbər verir ki, İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, səhər saatlarında Bampur bölgəsində yerləşən quru qoşunlarına məxsus kazarmanın sanatoriya və yaşayış kompleksinə 13 raket atılıb.

Hücum nəticəsində həqiqi hərbi xidmətdə olan 7 hərbçinin həyatını itirdiyi bildirilir. Bundan əlavə, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara çatdırılıb.

Eyni zamanda, ABŞ-nin son günlər İranın cənub bölgələrinə həyata keçirdiyi hava hücumlarının ümumi nəticələri də açıqlanıb. İran hökumətinin mətbuat katibi Fatimə Mühaciraninin sözlərinə görə, həmin zərbələr nəticəsində azı 30 nəfər ölüb.

A

Oxşar Xəbərlər