SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Yəməndə husilərin hərbi mövqelərinə aviazərbələr endirildi

👤 📅 👁 8 baxış ⏱ 1 dəq oxuma
Yəməndə husilərin hərbi mövqelərinə aviazərbələr endirildi

Yəmənin Marib və Əl-Cövf əyalətlərində "Ənsar Allah" (husilər) hərəkatına məxsus hərbi obyektlərin hava zərbələrinə məruz qaldığı bildirilir.

XeberHub.com xəbər verir ki, Al Jazeera-nın Yemen TV-yə istinadən yaydığı məlumata görə, aviazərbələr husilərin hərbi mövqelərini və köməkçi qüvvələrini hədəf alıb.

Məlumata əsasən, hücumlar nəticəsində hərəkatın raket qurğuları, "Katyuşa" raketlərinin buraxılış bazası və silah anbarları məhv edilib.

Telekanalın iddiasına görə, zərbələr zamanı husilərin bir neçə üzvü, o cümlədən raket buraxılışı üzrə mütəxəssislər də həlak olub.

Hava hücumlarını hansı tərəfin həyata keçirdiyi barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı husilər də indiyədək rəsmi açıqlama verməyiblər.

A

Oxşar Xəbərlər