SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

ABŞ dronlara 100 faizə qədər rüsum tətbiq edir

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
ABŞ dronlara 100 faizə qədər rüsum tətbiq edir

ABŞ-da dron və onların komponentlərinə yeni rüsumlar tətbiq ediləcək

ABŞ Prezidenti Donald Tramp pilotsuz uçuş aparatları və onların müəyyən komponentlərinə yeni gömrük rüsumlarının tətbiq olunmasına dair qərar verib.

Xeberhub.com xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, maksimal uçuş kütləsi 25 kiloqramdan çox olan PUA-lara, termal görüntü cihazları və yanaşma stansiyaları ilə təchiz edilmiş dronlara, eləcə də müəyyən PUA komponentlərinə 100 faiz rüsum tətbiq olunacaq.

Maksimal uçuş kütləsi 25 kiloqram və ya daha az olan pilotsuz uçuş aparatları üçün isə rüsum dərəcəsi 25 faiz müəyyənləşdirilib.

Bununla yanaşı, Yaponiya, Cənubi Koreya, Tayvan, İsveçrə, Lixtenşteyn və Avropa İttifaqına üzv ölkələrdən idxal edilən məhsullar üzrə rüsumun 15 faizdən, Böyük Britaniyadan gətirilən məhsullar üzrə isə 10 faizdən çox olmaması nəzərdə tutulub.

ABŞ Ticarət naziri Hovard Lyutnik PUA-ların və onların komponentlərinin ölkənin milli və iqtisadi təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Sənəddə qeyd olunur ki, dronlar müasir silahlı münaqişələrdə mühüm texnologiyaya çevrilib və ABŞ-ın həm hazırkı, həm də gələcək hərbi əməliyyatları üçün böyük əhəmiyyət kəsb edir.

Nazirin sözlərinə görə, bəzi xarici şirkətlər tərəfindən istehsal olunan PUA-lar və onların komponentləri istehsalçıya məlumat ötürmək imkanına malik olduğundan milli təhlükəsizlik baxımından risk yarada bilər.

Həssas kateqoriyaya aid edilməyən müəyyən PUA komponentlərinə tətbiq olunacaq rüsumların isə qərarın imzalanmasından 180 gün sonra qüvvəyə minməsi nəzərdə tutulur.

A

Oxşar Xəbərlər