SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran və Ermənistan enerji əməkdaşlığını genişləndirir

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
İran və Ermənistan enerji əməkdaşlığını genişləndirir

İran və Ermənistan enerji sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni razılaşmalar əldə ediblər.

XeberHub.com xəbər verir ki, "Mehr News"un yaydığı məlumata əsasən, tərəflər təbii qaz ticarətinin həcmini artırmaq və Ermənistan üzərindən regional bazarlara ixrac imkanlarını inkişaf etdirmək məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Məlumata görə, İranın neft naziri Möhsün Paknejad Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanla keçirdiyi görüşdə Tehranın enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və mövcud imkanlar çərçivəsində İrəvana dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı zavodunun tikintisi, həmçinin Ermənistanın neft məhsullarına olan tələbatının təmin edilməsi məsələlərini də müzakirə ediblər.

Möhsün Paknejad vurğulayıb ki, Ermənistan İranın mühüm qonşularından biridir və enerji sektoru iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malikdir.

A

Oxşar Xəbərlər