SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Həbsdə olan Arzumun adından dələduzluq edildi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Həbsdə olan Arzumun adından dələduzluq edildi

Həbsdə olan tiktoker İlduzə Hacıyevanın (Arzum) adından sosial şəbəkələrdə saxta ianə kampaniyası təşkil edildiyi iddia olunur.

Xeberhub.com Axşam.az-a istinadən yaydığı məlumata görə, müxtəlif sosial media səhifələrində Arzum üçün guya maddi yardım toplandığı barədə paylaşımlar edilib.

Bununla bağlı tiktokerin yaxınları açıqlama yayaraq, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.

Onların sözlərinə görə, İlduzə Hacıyeva üçün heç bir rəsmi ianə kampaniyası təşkil olunmayıb və vətəndaşlara bu cür paylaşımlara etibar etməmək tövsiyə olunub.

Yaxınları paylaşımda bildirib:

"Bəzi səhifələrdə Arzum üçün pul yığılır deyə paylaşımlar edilir. Bu məlumat doğru deyil. Heç kim bu paylaşımlara inanmasın və heç bir hesaba pul köçürməsin. Elə bir şey yoxdur, inanmayın!"

Xatırladaq ki, İlduzə Hacıyeva 2025-ci ilin iyun ayında Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinib. Məhkəmənin hökmü ilə o, yol qəzası törətmək və hadisə yerini tərk etmək ittihamları üzrə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

A

Oxşar Xəbərlər