SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bakıda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki aşkarlanıb

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Bakıda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki aşkarlanıb

Bakının Xəzər rayonunda aparılan plandankənar yoxlama zamanı son istifadə tarixi dəyişdirilmiş on minlərlə alkoqolsuz içki aşkarlanaraq dövriyyədən çıxarılıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsində yerləşən və anbar kimi istifadə olunan fərdi yaşayış evinin qarajında yoxlama aparıblar.

Yoxlama zamanı ümumilikdə 49 050 ədəd, hər biri 330 millilitr həcmində "Vintage Limonad""Vintage Cola" markalı alkoqolsuz içkilər aşkarlanıb. Məhsullar arasında şəkərli və şəkərsiz olmaqla müxtəlif çeşidlər yer alıb.

Araşdırma nəticəsində məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bəzilərində tarixlərin silindiyi, digər hissəsinin isə istifadə müddətinin bitdiyi müəyyən edilib.

Bundan əlavə, məhsulların üzərindəki tarixlərin dəyişdirilməsi üçün istifadə olunduğu ehtimal edilən avadanlıq və digər vasitələr maddi sübut kimi götürülərək möhürlənib.

AQTA-nın məlumatına görə, məsul şəxs izahatında məhsulların son istifadə tarixlərinin dəyişdirildiyini etiraf edib. Yoxlama zamanı tələb olunan bəzi təsdiqedici sənədlərin də təqdim olunmadığı müəyyənləşdirilib.

Faktla bağlı qanunvericiliyə uyğun prosessual tədbirlər davam etdirilir.

A

Oxşar Xəbərlər