SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

Qurban Qurbanov: “Dinamo”ya qarşı uğurlu nəticə üçün hər şeyi edəcəyik

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Qurban Qurbanov: “Dinamo”ya qarşı uğurlu nəticə üçün hər şeyi edəcəyik

Qurban Qurbanov: “Dinamo”ya qarşı uğurlu nəticə əldə etməyə çalışacağıq

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçiriləcək cavab oyunu öncəsi hazırlıqlarını davam etdirir.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi əvvəlcə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Sabah”ı təbrik edib.

“Sabah”ı təbrik edirəm. Çempionlar Liqasının pley-offuna vəsiqə qazandılar. Özümüzə gəldikdə isə, yaxşı hazırlaşmışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqib də güclüdür. Amma inanıram ki, uğurlu nəticə üçün hər şeyi edəcəyik”, - Q.Qurbanov bildirib.

O, ilk qarşılaşmada komandanın yol verdiyi fərdi səhvlərə də toxunub. Baş məşqçi hücum xəttində dəyişiklik edildiyini və Cəbrayılın özünü yaxşı tərəfdən göstərdiyini qeyd edib.

Q.Qurbanovun sözlərinə görə, komandada buraxılan səhvlərin müəyyən hissəsi rəqibin oyunu ilə bağlıdır:

“Səhvlər rəqibə görə olur. Rəqib buna məcbur edir. Oyunun tempi aşağı olanda səhvlər də olur. Lakin səhvləri də aradan qaldırmalıyıq. Ola bilər ki, oyunçularımız bir-birilərini də tamamlaya bilmirlər”.

Qeyd edək ki, “Qarabağ” və “Dinamo Kiyev” arasında ilk oyun Ukrayna klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisi cavab qarşılaşmasında məğlubiyyəti aradan qaldıraraq növbəti mərhələyə yüksəlməyə çalışacaq.

A

Oxşar Xəbərlər