SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Fransa səfirliyindəki tədbirdən sonra bir neçə nəfər xəstəxanaya yerləşdirildi

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Fransa səfirliyindəki tədbirdən sonra bir neçə nəfər xəstəxanaya yerləşdirildi

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfirliyində keçirilən tədbirdən sonra bir neçə nəfər səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iyulun 14-də səfirlikdə Fransanın milli bayramı münasibətilə təşkil olunan qəbuldan sonra baş verib.

Tədbirə Ermənistanın siyasi dairələrinin nümayəndələri, ictimai xadimlər, diplomatik korpus üzvləri və müxtəlif rəsmi şəxslər qatılıblar. Qonaqlar arasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da olub.

İlkin məlumatlara əsasən, ziyafətdən bir neçə saat sonra iştirakçıların bir qismində bağırsaq infeksiyasına bənzər əlamətlər müşahidə olunub. Səhhətində problem yaranan şəxslər tibbi yardım üçün xəstəxanalara müraciət ediblər.

Hadisənin səbəbləri ilə bağlı araşdırmaların aparıldığı bildirilir.

A

Oxşar Xəbərlər