SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH ABŞ-nin İordaniya və Küveytdəki bazalarına zərbələr endirdiyini açıqladı

👤 📅 👁 3 baxış ⏱ 3 dəq oxuma
SEPAH ABŞ-nin İordaniya və Küveytdəki bazalarına zərbələr endirdiyini açıqladı

Xeberhub.com xəbər verir ki, SEPAH-ın rəsmi açıqlamasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniya və Küveytdə yerləşən hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Açıqlamada bildirilir ki, İordaniya ərazisində yerləşən ABŞ-nin hava və raket hücumundan müdafiə sistemləri hədəfə alınıb. SEPAH iddia edir ki, həyata keçirilən əməliyyat nəticəsində THAAD raketdən müdafiə sisteminin radar kompleksi məhv edilib, həmçinin "Patriot" zenit-raket kompleksi və C-RAM taktiki hava hücumundan müdafiə radarı sıradan çıxarılıb.

Bəyanata əsasən, hücum zamanı yanacaq anbarları, helikopterlərə texniki xidmət məntəqəsi və aviasiya avadanlıqlarının saxlanıldığı obyektlər də vurulub.

SEPAH daha əvvəl də İordaniyada yerləşən "Şahzadə Həsən" və "Kral Feysəl" aviabazalarına zərbələr endirdiyini açıqlamışdı. İddialara görə, həmin hücumlarda "F-15" qırıcılarının, pilotsuz uçuş aparatlarının və helikopterlərin saxlanıldığı anqarlar hədəfə alınıb, ən azı səkkiz "MQ-9" tipli PUA məhv edilib, iki helikopterə ziyan dəyib.

Bundan başqa, İran dövlət teleradio şirkətinin SEPAH-a istinadən yaydığı məlumata görə, Küveyt ərazisində yerləşən ABŞ bazalarına da pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Məlumatda qeyd olunur ki, "Əli əs-Saləm" aviabazasında hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" pilotsuz uçuş aparatlarının yerləşdiyi anqar hədəfə alınıb. Həmçinin "Əl-Adiri" bazasında iki helikopter anqarına zərbələr endirildiyi bildirilir.

SEPAH hücum nəticəsində bir neçə ABŞ hərbçisinin öldüyünü və yaralandığını, hərbi texnikaya ciddi ziyan dəydiyini iddia edir. Bəyanatda həmçinin ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin vurulduğu, Doha bazasındakı sursat anbarı, maddi-texniki təminat mərkəzi, "Əli əs-Saləm" bazasının yanacaq çənləri və Küveytdəki "Arifcan" bazasının sursat anbarının da pilotsuz uçuş aparatları ilə hədəfə alındığı qeyd olunub.

Qeyd edək ki, sözügedən məlumatlar SEPAH və İran dövlət mediasının açıqlamalarına əsaslanır. ABŞ tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

A

Oxşar Xəbərlər