SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Sabah bu gün Çempionlar Liqasında KuPS u qəbul edir

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Sabah bu gün Çempionlar Liqasında KuPS u qəbul edir

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah" Finlandiyanın "KuPS" komandası ilə üz-üzə gələcək.

Masazırdakı **"Bank Respublika Arena"**da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

"Sabah" bu mərhələyə vəsiqəni ilk təsnifat raundunda Uelsin TNS klubunu iki oyunun yekununda 4:1 hesabı ilə məğlub edərək qazanıb.

Finlandiya təmsilçisi "KuPS" isə Şimali Makedoniyanın "Vardar" komandasını mübarizədən kənarlaşdırıb. Komanda ilk oyunda səfərdə 2:0 hesablı qələbə qazanıb, cavab matçında isə doğma meydanda 2:3 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.

Tərəflər arasında cavab görüşü 28 iyul tarixində keçiriləcək və cütün qalibi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanacaq.


A

Oxşar Xəbərlər