Xeberhub.com Fanat.Az-a istinadən xəbər verir ki, "Neftçi" klubunun transferini tamamlamağa yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Bakıya gəlib.
Məlumata görə, ötən mövsüm icarə əsasında "ağ-qaralar"ın heyətində çıxış edən və uğurlu performansı ilə diqqət çəkən futbolçunun yaxın günlərdə klubla 2+1 illik müqavilə imzalaması gözlənilir.
27 yaşlı yarımmüdafiəçi son olaraq bu ilin mart ayında Venesuela millisinin heyətində DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvadora qarşı keçirilən oyunda forma geyinib.
Karyerasına Venesuelanın "Deportivo Lara" klubunda başlayan Freddi Varqas daha sonra ABŞ-də də legioner həyatı yaşayıb. Ötən mövsüm "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 oyunda 5 qol vuran futbolçu komandanın seçilən oyunçularından biri olub.
"Transfermarkt" portalının məlumatına əsasən, Freddi Varqasın hazırkı transfer dəyəri 900 min avro olaraq qiymətləndirilir.