SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
İdman

Fabian Buntiç: "Qarabağ"dan buna görə ayrıldım

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Fabian Buntiç: "Qarabağ"dan buna görə ayrıldım

Fabian Buntiç: "Qarabağ"da xoşbəxt deyildim, buna görə ayrıldım

Keçmiş "Qarabağ" qapıçısı Fabian Buntiç Ağdam klubundan ayrılmasının səbəblərindən və yeni komandası "Farense"dəki ilk təəssüratlarından danışıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın Futbolinfo.az-a istinadən yaydığı məlumata görə, 29 yaşlı qolkiper "Qarabağ"da kifayət qədər oyun şansı qazanmadığını bildirib.

Buntiç qeyd edib ki, bəzi matçlarda uğurlu çıxış etməsinə baxmayaraq, heç bir izah verilmədən yenidən heyətdən kənarda qalırdı.

"Qarabağ"da oynamaq şansımın olmadığını hiss edirdim. Mən oynamaq və xoşbəxt olmaq istəyirdim. Xoşbəxtliyimi itirmişdim, amma indi onu yenidən tapmışam", – deyə qapıçı bildirib.

O, Azərbaycanda çıxış etdiyi dövrün karyerası baxımından vacib təcrübə qazandırdığını da vurğulayıb.

Fabian Buntiç "Qarabağ"ın avrokuboklardakı perspektivini də dəyərləndirərək komandanın əsas hədəfinin UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək olduğunu bildirib. Onun sözlərinə görə, qarşıdakı rəqiblər güclü olsa da, "Qarabağ" daha əvvəl də çətin sınaqlardan uğurla çıxmağı bacarıb.

Portuqaliyanın "Farense" klubuna keçidindən danışan qolkiper isə yeni komandasında özünü xoşbəxt hiss etdiyini, bu qərarda həm müntəzəm oyun şansı, həm də Portuqaliyadakı həyat şəraitinin mühüm rol oynadığını qeyd edib.

A

Oxşar Xəbərlər