SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
Digər

"Əhmədli" metrosu qarşısında qanunsuz küçə ticarətinə son qoyuldu

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
"Əhmədli" metrosu qarşısında qanunsuz küçə ticarətinə son qoyuldu

"Əhmədli" metrosu yaxınlığında qanunsuz küçə ticarətinə qarşı tədbir görüldü

Metronun "Əhmədli" stansiyasının üçüncü çıxışının qarşısında qanunsuz küçə ticarəti ilə bağlı yaranan narazılıqlardan sonra aidiyyəti qurumlar tərəfindən tədbir görülüb.

Xeberhub.com xəbər verir ki, yayılan məlumata görə, küçə ticarəti ilə məşğul olan şəxslərin səkiləri zəbt etməsi son günlər sosial şəbəkələrdə və yerli sakinlər arasında narazılığa səbəb olub.

Bildirilir ki, satışa çıxarılan məhsullar piyadaların hərəkət etdiyi səkiləri daraltdığından vətəndaşların ərazidə rahat gediş-gəlişi məhdudlaşıb.

Qeyd olunur ki, küçə ticarəti yalnız müəyyən olunmuş qaydalara uyğun, xüsusi ayrılmış ərazilərdə və müvafiq icazə əsasında həyata keçirilə bilər.

Məlumata görə, Baku TV-nin hazırladığı reportajdan sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları əraziyə müdaxilə edərək qanunsuz küçə ticarətinin qarşısını alıblar. Görülən tədbirlər nəticəsində səkilər boşaldılıb və piyadaların rahat hərəkəti təmin edilib.

A

Oxşar Xəbərlər