Sumqayıtda dənizdə üç nəfərin batdığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
XeberHub.com xəbər verir ki, "Unikal"ın yaydığı məlumata görə, hadisə zamanı batan şəxslərdən birinin meyiti sudan çıxarılıb.
Məlumata əsasən, digər iki nəfərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları dərhal əraziyə göndərilib.
Axtarış işləri davam edir.