SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Göyçayda ağacları qurutmağa cəhd edən şəxs saxlanıldı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Göyçayda ağacları qurutmağa cəhd edən şəxs saxlanıldı
Göyçayda ağacları qurutmağa cəhd edən şəxs saxlanılıb

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Göyçay şəhərinin Nizami küçəsində ağacların gövdəsinə deşik açılaraq sirkə turşusu tökülməsi ilə bağlı yayılan görüntülərdən sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun məlumatına əsasən, əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

Hadisə ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları da əraziyə baxış keçiriblər. Aparılan müayinənin nəticələrinə görə, ağaclara edilən müdaxilənin onların tam məhv olmasına səbəb olmayacağı müəyyən edilib.

Bildirilib ki, ağacların bərpası üçün zəruri qulluq tədbirləri görülüb və onların vəziyyəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

A

Oxşar Xəbərlər