SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Mayk Tayson Maradona ilə Messi arasında seçim etdi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Mayk Tayson Maradona ilə Messi arasında seçim etdi

Keçmiş mütləq ağır çəki dünya çempionu Mayk Tayson futbol tarixinin ən yaxşı oyunçusu ilə bağlı fikirlərini bölüşərək Dieqo Maradonaya üstünlük verdiyini açıqlayıb.

XeberHub.com xəbər verir ki, "The Ring" jurnalına müsahibəsində əfsanəvi amerikalı boksçu Maradona ilə Lionel Messi arasında seçim edərkən şəxsi münasibətlərinin bu qərara təsir etdiyini bildirib.

59 yaşlı Taysonun sözlərinə görə, Maradona ilə uzun illər yaxın dostluq münasibətləri olub və buna görə də onu futbol tarixinin ən böyük oyunçusu hesab edir.

Bununla yanaşı, o, Lionel Messiyə böyük hörmət bəslədiyini, argentinalı ulduzun futbol dahisi olduğunu vurğulayıb. Lakin Tayson qeyd edib ki, Messini Maradona qədər yaxından tanımadığı üçün onun seçimi dəyişmir.

"Tarixin ən böyük oyunçusu kimi hər zaman Maradonanı qəbul edəcəyəm. Lakin onun ən böyük olması, Messinin dahi olmadığı anlamına gəlmir. Mən Maradonanı tanıyıram, amma Messini yox", – deyə Mayk Tayson bildirib.

A

Oxşar Xəbərlər