UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "ÇSKA Sofiya" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Xeberhub.com xəbər verir ki, UEFA-nın rəsmi məlumatına görə, Sofiyadakı Vasil Levski adına Milli Stadionda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmada komandalar aşağıdakı heyətlərlə meydana çıxacaqlar.
"ÇSKA Sofiya"
Fyodor Lapukov, Pastor, Teodor İvanov, Fakundo Rodriqes, Angelo Martino, Jan-Filip Qbamin, Maks Ebonq, Bruno Cordao (k), Stefano Sensi, Yoannis Pittas, Leandro Qodoy.
Ehtiyat oyunçular: Dimitar Evtimov, Coel Zvarts, Məhəmməd Brahimi, Andrey Yordanov, Petko Panayotov, Vasil Kaymakanov, Leao Pereyra, Alexandro Pyedrahita, Georgi Çorbadziyski, Aleks Tuçev, İsaak Solet, Ceyms Eto.
Baş məşqçi: Xristo Yanev.
"Qarabağ"
Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bense Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Kadi Borges, Abdullah Zubir, Aleksey Kaşuk, Zakariya Savo.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Martin Zlomisliç, Bruno Lanqo, Jali Muaddib, Joni Montiel, Bəhlul Mustafazadə, Musa Qurbanlı, Cebrail Mekreskis, Renaldo Sepas, Hikmət Cəbrayılzadə, Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu cütün qalibi növbəti mərhələdə "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.