Vuçiç: “Daha böyük müharibənin astanasındayıq”
Xeberhub.com xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç dünyada gərginliyin artdığını bildirərək, bəşəriyyətin daha genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə olduğunu deyib.
Vuçiçin sözlərinə görə, o, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən sülhün bərqərar olunması istiqamətində ciddi addımların atılacağına ümid edib.
“Düşünürəm ki, biz daha böyük bir müharibənin başlanğıcındayıq. Elə buna görə də ümid edirdim ki, indiyədək kimsə sülhün bərqərar olması üçün müəyyən addımlar atmış olacaq”, – deyə Serbiya lideri bildirib.
Prezident qeyd edib ki, bu istiqamətdə gözlənilən irəliləyiş baş verməyib və yaxın perspektivdə də vəziyyətin dəyişəcəyinə dair nikbin gözləntilər görmür.
Vuçiç hesab edir ki, mövcud geosiyasi proseslər daha böyük və daha təhlükəli qarşıdurmanın yaranması riskini artırır.