SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran hökuməti dövlət televiziyasına xəbərdarlıq etdi

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
İran hökuməti dövlət televiziyasına xəbərdarlıq etdi

İran hökuməti Prezident Məsud Pezeşkianın çıxışının bir hissəsinin efirdən çıxarılması ilə bağlı İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib.

XeberHub.com xəbər verir ki, Report-un yaydığı məlumata görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani açıqlama verib.

Onun sözlərinə görə, xəbərdarlığın məqsədi cəmiyyətdə birlik və həmrəyliyin qorunması, parçalanma, fikir ayrılığı və özgələşməyə səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Fatimə Mühacirani dövlət televiziyasının yayımlarda senzura və ayrı-seçkilik tətbiq etməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ölkənin ictimai mediası cəmiyyətin bütün təbəqələrinin, o cümlədən hökumət nümayəndələrinin mövqeyini obyektiv şəkildə işıqlandırmalıdır.

Qeyd edək ki, bundan əvvəl İran dövlət televiziyasında Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmməd Bağır Qalibafın çıxışlarının bir hissəsinin yayımlanmadığı bildirilmişdi.

Prezidentin oğlu Yusif Pezeşkian da məsələ ilə bağlı dövlət televiziyasını tənqid edərək, bu addımı düzgün hesab etmədiyini bildirib.

A

Oxşar Xəbərlər