Bakının Xətai rayonunda yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
XeberHub.com xəbər verir ki, əldə olunan məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Məlumata əsasən, naməlum şəxslər mənzildən 9 500 manat nağd pul, eləcə də qızıl-zinət əşyaları oğurlayıblar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbanov və N.Camalov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.