Zelenski Ukraynanın NATO-ya dəvət edilməməsinə münasibət bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlük prosesinə niyə cəlb olunmadığını anlamadığını deyib.
Xeberhub.com xəbər verir ki, Ukrayna lideri bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı açıqlama verib. Məlumatın ilkin mənbəyi Oxu.Azdır.
Zelenskinin sözlərinə görə, Ukraynanın alyansla bağlı proseslərdən kənarda qalmasının səbəbləri onun üçün aydın deyil.
"Ukraynanın nəyə görə bu proseslərə cəlb olunmadığını və NATO-ya çağırılmadığını heç vaxt anlaya bilməmişəm", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın Ukraynanın NATO-ya daxil olmasına qarşı olduğunu açıqlayıb. O bildirib ki, Rusiya üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır və problemin həlli yollarından biri Kiyevin alyansa qoşulmaqdan imtina etməsidir.