SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Rusiyada dron təhlükəsi: Bakıya uçan iki reys təxirə salındı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Rusiyada dron təhlükəsi: Bakıya uçan iki reys təxirə salındı

Avqustun 22-də Rusiyanın bir sıra hava limanlarında dron hücumları ilə əlaqədar təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunur.

Xeberhub.com xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Təxirə salınan uçuşlar siyahısında Moskvanın “Vnukovo” hava limanından Bakıya uçan iki reys də var. Bakıya uçuşu həyata keçirən təyyarələrdən biri AZAL-a, digəri isə “Utair” hava yolları şirkətinə məxsusdur.

Bildirilir ki, AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da yola düşməli olsa da, uçuş saat 14:00-dək təxirə salınıb. “Utair”ə məxsus təyyarənin isə yerli vaxtla saat 09:50-də havaya qalxması planlaşdırılsa da, reys 10:50-dək təxirə salınıb.

A

Oxşar Xəbərlər