Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Türkiyənin aparıcı televiziya kanalları, xəbər agentlikləri və nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb.
Məlumata görə, qardaş ölkənin media qurumları Azərbaycan Prezidentinin Berlində keçirdiyi görüşlər, səsləndirdiyi mesajlar və çıxışlarında toxunduğu əsas məsələlər barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediblər.
Bildirilir ki, Türkiyənin bir sıra televiziya kanalları və xəbər agentlikləri Prezident İlham Əliyevin Berlindəki çıxışlarını canlı yayımlayıb.
Türkiyə mediası Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olması ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlərə də xüsusi yer ayırıb.
Bununla yanaşı, **"Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"**nin imzalanması Türkiyə mediasında əsas mövzulardan biri kimi təqdim olunub.