SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Digər

FAA 471 "Boeing 737 MAX" təyyarəsinin yoxlanılmasını tələb etdi

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
FAA 471 "Boeing 737 MAX" təyyarəsinin yoxlanılmasını tələb etdi

FAA yüzlərlə "Boeing 737 MAX" təyyarəsinin yoxlanılmasını tapşırdı

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 MAX" təyyarəsinin texniki baxışdan keçirilməsi barədə yeni direktiv yayımlayıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, qərar "Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin bəzi konstruksiya elementlərində çatların aşkar edilməsindən sonra qəbul edilib.

FAA-nın federal reyestrdə dərc olunan məlumatında bildirilib ki, direktiv gövdə örtüyündə əvvəllər aparılmış təmir işlərinin yoxlanılmasını, zərurət yarandıqda isə nəticələrə uyğun əlavə texniki tədbirlərin görülməsini nəzərdə tutur.

Qurumun açıqlamasına əsasən, bəzi köhnə "Boeing 737 MAX" təyyarələrində qapı boşluqları və qəza çıxışları ətrafındakı hissələri möhkəmləndirən xüsusi altlıqlarda çatlar aşkarlanıb.

Yoxlamalar "Boeing 737 MAX 8", "Boeing 737 MAX 9""Boeing 737 MAX 8-200" modellərinə aid təxminən 471 təyyarəni əhatə edəcək.

Məlumata görə, FAA-nın yeni direktivi 10 sentyabr tarixindən qüvvəyə minəcək.

A

Oxşar Xəbərlər