Türkiyədə sahilə yaxınlaşan ekipajsız kater məhv edildi
Xeberhub.com xəbər verir ki, Türkiyənin şimal-şərqində yerləşən Artvin vilayətinin Hopa rayonu sahillərində ekipajsız kater məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.
Onun sözlərinə görə, xüsusi təyinatlı qüvvələr Qara dənizin müəyyən edilmiş sektoruna yerləşdirilib və ekipajsız kater zərərsizləşdirilib.
İlkin ehtimala əsasən, partlayıcı maddələrlə yükləndiyi düşünülən kater sahilə yaxınlaşdığı üçün onun məhv edilməsinə qərar verilib.
Bundan başqa, idarəetmədən çıxan ekipajsız katerin Hopa limanında yerləşən yanacaq çənlərinə çırpılmasının qarşısını almaq məqsədilə sahil boyunca təxminən 600 metr uzunluğunda tor çəkilib.