SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

Yaltaya pilotsuz kater hücumu iddiası: Təxliyə başladı

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Yaltaya pilotsuz kater hücumu iddiası: Təxliyə başladı

Ukraynaya məxsus pilotsuz katerlərin Yaltaya hücum etdiyi iddia olunur

Krımın Yalta şəhərinə Ukrayna Silahlı Qüvvələrinə məxsus ekipajsız katerlərlə hücum edildiyi bildirilib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın Lenta.ru-ya istinadən yaydığı məlumata görə, hadisədən sonra yerli idarəetmə orqanları Yaltanın mərkəzi sahil zolağında təxliyəyə başlayıb.

Sakinlərə açıq ərazilərdən uzaq durmaq və sığınacaqlara keçmək tövsiyə olunub.

İlkin məlumatlarda qeyd olunur ki, Ukrayna tərəfi şəhəri "Sea Baby 2" modifikasiyalı ekipajsız katerlərlə hədəfə almağa cəhd göstərib. Bildirilir ki, zərərsizləşdirilən pilotsuz su nəqliyyatı vasitəsi Primorsk parkı yaxınlığındakı sahilə çıxarılıb.

Hazırda sahilə atılmış katerin minalardan təmizlənməsi istiqamətində müvafiq tədbirlərin görüldüyü qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl də bölgədə pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı xəbərdarlıq edilmiş və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə başladığı açıqlanmışdı.

A

Oxşar Xəbərlər