SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

Səudiyyə Ərəbistanına mümkün hücum hazırlığı iddiası

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Səudiyyə Ərəbistanına mümkün hücum hazırlığı iddiası

Səudiyyə Ərəbistanına mümkün hücum hazırlığı ilə bağlı iddia irəli sürüldü

Yəməndəki husilər, İraqdakı silahlı qruplaşmalar və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Səudiyyə Ərəbistanına qarşı mümkün hücumlarla bağlı koordinasiya apardığı iddia olunub.

Xeberhub.com xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı yüksək vəzifəli səudiyyəli rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, etibarlı kəşfiyyat məlumatları Yəmən husiləri, İraq milisləri və SEPAH arasında Səudiyyə Ərəbistanına qarşı hücum hazırlığı məqsədilə əlaqələndirmənin aparıldığını göstərir.

Bildirilib ki, bu məlumatlar xüsusilə narahatlıq doğurur. Çünki iddia olunan hazırlıq Səudiyyə Ərəbistanının regionda gərginliyin azaldılması və münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylər göstərdiyi, danışıqlar prosesinin müsbət məcrada davam etdiyi bir dövrə təsadüf edir.

Rəsmi mənbə məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

A

Oxşar Xəbərlər